AMEA fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib

AMEA fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib Qəbul imtahanları cari ilin oktyabr ayında keçiriləcək
Elm və təhsil
1 Sentyabr , 2014 11:46
AMEA fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edib. AMEA-dan Report-a bildirilib ki, Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu sentyabr ayının 30-dək davam edəcək.

Qeyd edək ki, qəbul imtahanları cari ilin oktyabr ayında keçiriləcək.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan dərc edildiyi gündən ilin sonunadək qəbul edilir. 

Son xəbərlər

Orphus sistemi