AMEA Folklor İnstitutunun direktoru Misir Mədəniyyət Mərkəzində olub

AMEA Folklor İnstitutunun direktoru Misir Mədəniyyət Mərkəzində olub Görüş əməkdaşlıq və tanışlıq xarakteri daşıyıb
Elm və təhsil
10 İyun , 2015 20:05
AMEA Folklor İnstitutunun direktoru Misir Mədəniyyət Mərkəzində olub

Bakı. 10 iyun. REPORT.AZ/ AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov və professor Əli Şamil Misir Mədəniyyət Mərkəzində olublar. 

Mərkəzdən "Report"a verilən məlumata görə, görüş əməkdaşlıq və tanışlıq xarakteri daşıyıb. Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonaqlara Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyətindən, mədəni əlaqələrin genişlənməsi üçün aparılan işlərdən danışıb. AMEA Folklor İnstitutunun direktoru Mərkəzə dəvət üçün öz təşəkkürünü bildirib və elm sahəsində iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinin vacib olduğunu bildirib. 

Söhbət zamanı AMEA Folklor İnstitutu ilə Misirin aidiyyəti qurumları ilə əməkdaşlıq müqavilələrinin bağlanılması, Misirdə nəşr olunan folklor haqqında kitabların Azərbaycan dilinə, Azərbaycan folkloru haqqında kitabların ərəb dilinə tərcümə olunması, Folkor İnstitutunun əməkdaşlarının Misir Mədəniyyət Mərkəzi ilə tanışlığının təşkili və onların Mərkəzdə tədris olunan ərəb dili kurslarında iştirakını təmin etmək, Misir arxivlərində Azərbaycanla bağlı əlyazmalarının nüsxələrinin əldə olunması və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli imzaladığı sərəncama uyğun olaraq müştərək tədbirlərin keçirilməsi haqqında təkliflər müzakirə olunub.

Sonda xatirə şəkli çəkilib.

Son xəbərlər

Orphus sistemi