Yuxarı
    Bağlamaq

    AMEA: Fərdi mühafizə vasitələri FHN-nin laboratoriyalarında yoxlanışdan keçiriləcək

    ​AMEA-nın İkinci xüsusi şöbəsində 2018-ci ildə görüləcək işlər müzakirə olunub
    © Report

    Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyəti Aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

    Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak ediblər.

    Seminarda şöbənin rəisi Eldar Quliyev 2017-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları barədə çıxış edib. 

    Şöbə rəisi hesabatların ümumiləşdirilib təsdiq olunduqdan sonra Nazirlər Kabinetinə göndəriləcəyi barədə məlumat verib.

    O, daha sonra 2018-ci il üçün təşkilati göstərişlər barədə AMEA prezidentinin 12 dekabr 2017-ci il tarixli 780 nömrəli sərəncamının icrası haqqında danışıb. E.Quliyev elmi müəssisə və təşkilatlarda mülki müdafiə işlərinin Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı və digər normativ-hüquqi sənədlərlə təşkil edildiyini bildirib. Şöbə rəisi ötən il qərargah rəislərinin MM üzrə tədris məsələlərinə biganə yanaşdığını söyləyərək, keçirilən dərslərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlarını verib. O, mülki müdafiə üzrə tədrisin 4 yanvar - 30 noyabr 2018-ci il tarixlərində həyata keçiriləcəyini söyləyib.

    Şöbə rəisi sərəncama əsasən, cari ildə də elmi müəssisə və təşkilatlardakı fərdi mühafizə vasitələrinin Fövqəladə Hallar Nazirliyinin laboratoriyalarında yoxlanışdan keçiriləcəyini bildirib.

    Sonra seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2018-ci il üçün təşkilati göstərişlər və planlaşdırma işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

    Sonda bir sıra cari məsələlərə baxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi