AMEA Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilir

AMEA Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilir AMEA Rəyasət Heyəti qarşısında yeni şöbənin yaradılması ilə bağlı vəsatət qaldırılması qərara alınıb
Elm və təhsil
18 Aprel , 2017 15:23
AMEA Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilir
AMEA

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

AMEA-dan "Report"a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açıb.

Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında müzakirə aparılıb. Bildirilib ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatını, o dövrdə yaşayan şairlərin həyat və yaradıcılığını, sənətkarlığını öyrənmək, onların kənarda qalan irsini toplamaq, tədqiq etmək kimi məsələlər Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasını zəruri edib.

Bölmə qeyd olunanları nəzərə alaraq yeni şöbənin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Haqqında danışılan növbəti məsələ Folklor İnstitutunun "İrs" folklor ansamblının adı ilə bağlı olub. Bildirilib ki, ölkədə eyni adda çoxsaylı musiqi qrupları fəaliyyət göstərdiyindən İnstitutun nəzdindəki ansamblın adında dəyişikliyə ehtiyac var.

Bölmənin qərarı ilə Folklor İnstitutunun "İrs" ansamblının adı "Qorqud" folklor ansamblı şəklində dəyişdirilib.

İclasda Hüseyn Cavidin Ev-muzeyinin Alqı Komissiyasının yeni tərkibinin təsdiqlənməsi haqqında qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi