AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Bundan başqa, AMEA Rəyasət Heyətinin iclasında tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Elm Tarixi İnstitutu Azərbaycanda elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı məqsədilə yaradılıb.