Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yay imtahan sessiyasının doktorant və dissertantlar üçün mayın 25-dən iyunun 25-dək, magistrantlar üçün isə iyunun 1-dən iyulun 5-dək keçiriləcək.
"Report"un xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.
O qeyd edib ki, doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci on günlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.