AMEA-da yay imtahan sessiyasının vaxtları açıqlanıb

AMEA-da yay imtahan sessiyasının vaxtları açıqlanıb Bütün imtahanlar test üsulu ilə aparılacaq
Elm və təhsil
23 May , 2016 14:24
AMEA-da yay imtahan sessiyasının vaxtları açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yay imtahan sessiyasının doktorant və dissertantlar üçün mayın 25-dən iyunun 25-dək, magistrantlar üçün isə iyunun 1-dən iyulun 5-dək keçiriləcək.

"Report"un xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.

O qeyd edib ki, doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci on günlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.

Son xəbərlər

Orphus sistemi