AMEA: Mənzillərlə bağlı yaranmış problemin həlli üçün yaxın günlərdə qərar veriləcək

AMEA: Mənzillərlə bağlı yaranmış problemin həlli üçün yaxın günlərdə qərar veriləcək Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib
Elm və təhsil
19 İyul , 2017 17:05
AMEA: Mənzillərlə bağlı yaranmış problemin həlli üçün yaxın günlərdə qərar veriləcək
Report

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. 

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədi ilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış evlərinin inşası üçün ölkənin aidiyyatı rəhbər orqanları ilə danışıqları davam etdirir.

Son xəbərlər

Orphus sistemi