Yuxarı
    Bağlamaq

    AMEA-da struktur dəyişikliyi edilib, yeni təyinatlar olub

    Nuridə Quliyeva Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsi yaradılıb. “Report”un xəbərinə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

    İclasda Təhsil şöbəsinin əsasnaməsi təsdiq edilib, Nuridə Quliyeva Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    İclasda həmçinin AMEA-nın fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, onun hüquqi təminat bazasının möhkəmləndirilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, təhsil və kadr işlərinin səmərəliyinin daha da artırılması, həmçinin AMEA-da informasiya siyasətinin müasir tələblərə uyğun şəkildə qurulması, elmi informasiyanın populyarlaşdırılması sahəsində fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədilə AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının strukturunda dəyişiklik edilib.

    Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctmaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi yaradılıb. AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi