Yuxarı

AMEA-da magistrlara dərs deyən müəllimlərin maaşı artırılacaq

Əsas məqsəd magistratura təhsilinin keyfiyyət səviyyəsini beynəlxalq təhsil sisteminə uyğunlaşdırmaqdır

Bakı. 9 dekabr. REPORT.AZ/ AMEA-da magistratura təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və professor-müəllim heyəti arasında rəqabətin artırılması məqsədilə fərqləndirmə və stimullaşdırma prinsipi tətbiq ediləcək. "Report" xəbər verir ki, AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında bu barədə məlumat verib.

Qərara əsasən, AMEA-nın elmi müəssisələrində magistratura pilləsində ayrı-ayrı fənləri tədris edən professor-müəllim heyətinin dərs yükünə uyğun olaraq bir akademik saat (45 dəqiqə) üçün vəzifə maaşlarına əlavələr də müəyyənləşdirilib.

A.Əlizadənin sözlərinə görə, əsas məqsəd AMEA-nın elmi müəssisələrində magistratura təhsilinin keyfiyyət səviyyəsini beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırmaq, magistraturada təhsil alan tələbələri gələcəkdə ölkə üçün yüksək səviyyəli mütəxəssislər kimi hazırlamaq, onların ölkədə və xaricidə ixtisasları üzrə təsilinin və təcrübələrinin davam etdirmələrini təmin etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi