AMEA-da ilin ən yaxşı veteran alimi mükafatı təsis ediləcək

AMEA-da ilin ən yaxşı veteran alimi mükafatı təsis ediləcək İsa Alıyev: "Müsabiqənin bu ilin yay aylarında keçirilməsi nəzərdə tutulub"
Elm və təhsil
15 Mart , 2016 20:52
AMEA-da ilin ən yaxşı veteran alimi mükafatı təsis ediləcək

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilin ən yaxşı veteran alimi mükafatı təsis ediləcək.

"Report" xəbər verir ki, bunu AMEA Azad Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev Akademiyanın Mərkəzi Elmi Kitabxanasında bu gün keçirilən AMEA-nın Birləşmiş Veteranlar Şurasının növbəti iclasında deyib.

Onun sözlərinə görə, mükafatın əldə edilməsi üçün müsabiqənin bu ilin yay aylarında keçirilməsi nəzərdə tutulub.

İ.Alıyev deyib ki, veteranlar arasında şeir müsabiqəsi təşkil olunacaq.

O bu il ahıl alimlərin sosial vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində başlanılan işlərdən danışıb. AMEA-nın elmi müəssisələrində çalışan aztəminatlı veteranlara müavinətlərin verilməsi, onların digər güzəştli xidmətlərdən yararlanmaları, həmçinin sanatoriyalarda müalicələri və istirahət etmələri üçün yeni mərkəzlərin inşasının yekunlaşdırılması işlərinin aparıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi