AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiqlənib

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiqlənib AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırıq verilib
Elm və təhsil
4 Noyabr , 2015 17:04
AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiqlənib

Bakı. 4 noyabr. REPORT.AZ Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisələri tərəfindən hazırlanan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramları və müvafiq ixtisas fənləri üzrə test sualları təsdiqlənib. Bu barədə "Report"a Akademiyadan məlumat verilib.

AMEA-nın elmi müəssisələrinə tapşırılıb ki, ixtisas fənləri üzrə proqramlarının iddiaçılara verilməsi, rus dilində imtahan verənlər üçün test suallarının tərcümə edilməsi, doktoranturaya qəbul və doktorluq imtahanlarının şəffaf və obyektiv keçirilməsi və s. təmin edilsin. 

İmtahan komissiyalarının tərkibi, imtahanların keçirilmə tarixi, vaxtı və yeri barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə qabaqcadan məlumat verilməlidir. AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb ki, doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün AMEA-nın elmi müəssisələrinə texniki yardım göstərilsin.

Xatırladaq ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi ilə bağlı Akademiyanın elmi müəssisələrində yaradılan işçi qrupları fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramlarını və müvafiq ixtisas fənləri üzrə test suallarını hazırlayıb elmi şuraların müzakirəsinə təqdim etmişdilər. Fənn proqramları və test sualları institutların elmi şuralarında və elmi bölmələrdə müzakirə edildikdən və müvafiq qərar qəbul edildikdən sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilmişdir. Elm və təhsil idarəsi həmin proqramların və test suallarının müəyyən olunmuş texniki tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onları AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert komissiyasının müzakirəsinə təqdim etmişdir. Həmin komissiya fənn proqramlarını və test suallarını geniş təhlil etmiş və xüsusi rəy hazırlanıb. Rəyə əsasən, proqramların və test suallarının fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları zamanı istifadə olunması məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi