Yuxarı
    Bağlamaq

    AMEA-da Dissertasiya Şurasının tərkibi təsdiqlənib

    Dissertasiya Şurasının tərkibi 17 nəfərdən ibarətdir

    Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının tərkibi təsdiq edilib.

    Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

    Dissertasiya Şurası 17 nəfərdən ibarətdir. Dissertasiya Şurasının sədri AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev, sədr müavini Ələkbər Əliyev, elmi katibi isə Ramiz Şıxəliyevdir.

    Dissertasiya Şurasına 1203.01 - “Kompüter elmləri”, 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə dissertasiyaların müdafiəsinin keçirilməsi səlahiyyəti verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi