Yuxarı
    Bağlamaq

    AMEA-da "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsi müzakirə olunub

    Layihənin təsdiqlənməsi üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb

    Bakı. 18 noyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsi müzakirə olunub.

    "Report" xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə ölkədə elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.

    O, Azərbaycanın gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin respublikanın elmi potensialı ilə bilavasitə bağlı olduğunu, ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevrildiyini vurğulayıb.

    A.Əlizadə qeyd edib ki, Rəyasət Heyətinin hazırladığı sənəd layihəsində mövcud elmi-texniki potensialın qorunması və inkişafı, elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Akademik sənəd layihəsinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu əlavə edib.

    Müzakirələrdən sonra doktrina layihəsi bəyənilib və təsdiqlənməsi üçün Prezident İlham Əliyevə təqdim edilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi