AMEA-da Azərbaycan dili qrafikasının transliterasiyası problemləri araşdırılır

AMEA-da Azərbaycan dili qrafikasının transliterasiyası problemləri araşdırılır Səbinə Məmmədzadə: "Vahid transliterasiya standartının işlənilməsi internetdə sözlərin fərqli variantlarının yayılmasının qarşısının alacaq"
Elm və təhsil
13 İyul , 2016 16:27
AMEA-da Azərbaycan dili qrafikasının transliterasiyası problemləri araşdırılır

Bakı. 13 iyul. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri istiqamətində Azərbaycan dili qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri araşdırılır. 

İnstitutdan "Report"a verilən məlumata görə, növbəti elmi seminar da məhz transliterasiya problemlərinin müzakirəsinə həsr olunub.

İnstitutun böyük elmi işçisi Səbinə Məmmədzadə elmi seminarda “Transliterasiya: mövcud vəziyyət, problemlər və həlli yolları” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, vahid transliterasiya standartının işlənilməsi ad, soyad, toponimlər və s. düzgün yazılışı, internetdə fərqli variantların yayılmasının qarşısının alınması, anlaşılmazlıqların aradan qaldırılması, ünsiyyətin asanlaşması, internetdə axtarışın relevantlığının artırılması və s. baxımından böyük əhəmiyyətə malikdir. S.Məmmədzadə transliterasiya üzrə ISO standartları, kiril əlifbası üçün qəbul edilmiş müxtəlif transliterasiya sistemləri və konvertasiya sistemləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, yeni romanizasiya cədvəllərinin təklif olunması və ya dəyişikliklərin edilməsi üçün milli və beynəlxalq transliterasiya standartlarının araşdırılması, konvertasiya cədvəllərinin tərtib edilməsi kimi bir sıra prosedurların yerinə yetirilməsi vacibdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev vahid Azərbaycan informasiya fəzasının formalaşması problemlərindən biri olan transliterasiyanın digər ölkələrdə yaşayan azərbaycanlılar, xüsusən də uşaqlar və gənclər üçün bir sıra çətinliklər yaratdığını söyləyib. O, virtual məkanda transliterasiya problemlərinin həll olunmasının vacibliyini vurğulayaraq, bu sahədə mövcud beynəlxalq təcrübədən faydalanmağın və transliterasiya standartlarının işlənilməsinin milli identikliyin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb, institutda bu istiqamətdə aparılan elmi tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi