AMEA Coğrafiya İnstitutu və “Azərkosmos” ASC arasında protokol imzalanıb

AMEA Coğrafiya İnstitutu və “Azərkosmos” ASC arasında protokol imzalanıb Bakı. 15 yanvar. REPORT.AZ/ AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyaların köməyi ilə ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə niyyət protokolu imzalanıb.
Elm və təhsil
15 Yanvar , 2018 18:13
AMEA Coğrafiya İnstitutu və “Azərkosmos” ASC arasında protokol imzalanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyaların köməyi ilə ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə niyyət protokolu imzalanıb.

Bu barədə "Report"a Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.

Protokolu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi