AMEA Coğrafiya İnstitutu vakant yerlər üzrə müsabiqə elan edir

AMEA Coğrafiya İnstitutu vakant yerlər üzrə müsabiqə elan edir Sənədlər elan dərc olunandan bir ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir
Elm və təhsil
20 Sentyabr , 2016 18:45
AMEA Coğrafiya İnstitutu vakant yerlər üzrə müsabiqə elan edir

Bakı. 20 sentyabr. REPORT.AZ/ AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Turizm və rekreasiya coğrafiyası, Tibbi coğrafiya, Xəzər dənizinin hidrometeorologiyası, Xəzər dənizinin səviyyə problemi, Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası, Xəzər dənizinin monitorinqi, Geomorfologiya və təbii risklər, Geoinformatika və kartoqrafiya şöbələrində şöbə müdiri vəzifəsi üzrə vakant yerlərə müsabiqə elan edir.

AMEA-dan "Report"a verilən məlumata görə, müsabiqədə göstərilən şöbə müdiri vəzifələrinə yalnız müvafiq sahələr üzrə elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olanlar iştirak edə bilər. Sənədlər elan dərc olunandan bir ay müddətinə aşağıdakı ünvana təqdim olunmalıdır:

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115, AMEA-nın əsas binası, Coğrafiya İnstitutu, 8-ci mərtəbə.

Tel.: (+99412) 539 33 21

Son xəbərlər

Orphus sistemi