Yuxarı
    Bağlamaq

    ​AMEA Bakı Dövlət Universiteti ilə yeni layihənin icrasına başlayıb

    BDU-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə birgə seminar keçirilib

    Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı Dövlət Universiteti (BDU) ilə yeni layihənin icrasına başlayıb.

    AMEA-nın mətbuiat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Dövlət Universitetində (BDU) AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə birgə “İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması” mövzusunda seminar keçirilib.

    Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-ci ildən aparıldığını bildirib. Rektor Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

    AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlərin aparıldığını qeyd edib.

    BDU-nun nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Bildirilib ki, laboratoriyada son yeddi ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövrdə ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib.

    Seminarda, eyni zamanda, bu istiqamətdə dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb, işçi qrup yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi