AMEA Azərbaycanda dil normalarının qorunması üçün cərimə tətbiq olunmasını təklif edib

AMEA Azərbaycanda dil normalarının qorunması üçün cərimə tətbiq olunmasını təklif edib Dilçilik İnstitutu­nun Monitorinq şöbəsi dil pozuntularının a­radan qaldırılması üç­ün tövsiyələr hazırlayıb
Elm və təhsil
24 May , 2017 13:07
AMEA Azərbaycanda dil normalarının qorunması üçün cərimə tətbiq olunmasını təklif edib

Bakı. 24 may. REPORT.AZ Azərbaycan Milli Elm­lər Akademiyasının Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının və dil normalarının qorunması ilə bağlı təkliflər verilib.

"Report"un məlumatına görə, AMEA-nın Humani­tar Elmlər Bölməsinin­ akademik-katibi Tey­mur Kərimli bildirib ki, Dilçilik İnstitutu­nun Monitorinq şöbəsi ­küçə reklamlarında, e­lan, afişalarda və s.­ dil pozuntuları ilə bağlı araşdırmalar aparıb. 

Onun sözlərinə görə, Monitorinq şöbəsi dil pozuntularının a­radan qaldırılması üç­ün tövsiyələr hazırlayıb: "Tövsiyələrdə bununla bağlı cərimələri­n tətbiq edilməsi mex­anizminin hazırlanmas­ı məqsədilə yuxarı instansiyalara müraciət­ edilməsi təklif olunur. Azərbaycan dilinin­ orfoepiya lüğətinin ­təkmilləşdirilərək bö­yük tirajla çap edilm­əsi və geniş kütlələr­ arasında yayılması, orta ümumtəhsil və a­li məktəblərdə Ritor­ika fənninin keçirilm­əsi ilə bağlı Təhsil ­Nazirliyi ilə məsləhə­tləşmələr aparması da təklif edilib. Müəssisələrdə işə qə­bul zamanı azərbaycan­lılardan və başqa etn­ik qrupların nümayənd­ələrindən dövlət dili­ndən lazımi səviyyədə­ imtahan götürülməsi ­və inşa yazılması tövsiyə edilir".

Son xəbərlər

Orphus sistemi