Yuxarı
    Bağlamaq

    AMEA: Alimlərimizin ABŞ-a səfəri elmin təbliği istiqamətində əməkdaşlığı genişləndirir

    Səfər zamanı gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub

    Bakı. 4 iyul. REPORT.AZ/ AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və AMEA-nın bir qrup əməkdaşı iyunun 18-30-da Dövlət Departamentinin xətti ilə ABŞ-da səfərdə olub.

    AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, səfərin məqsədi ABŞ-da elmin təbliği istiqamətində görülən işlərlə tanış olmaq, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə etmək olub.

    AMEA-nın əməkdaşları səfər çərçivəsində ABŞ Dövlət Departamentinin rəsmisi, proqram rəhbəri Tatyana Rodzianko, Nyu-York Alimlər Evinin nümayəndəsi Stefen Uzzo, Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Anna Devin, Ümumdünya Elm Festivalının prezidenti Cudit Coks, Nyu-York Dövlət Elm və Mühəndislik Mərkəzinin prezidenti Sereme Makkal ilə görüşlər keçiriblər. Görüşlər zamanı elmin təbliği, gənclərin elmə marağının artırılması istiqamətində görülən işlər barədə təcrübə mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.

    AMEA Alimlər Evinin direktoru Klivlend şəhərində də səfərdə olub. Səfər çərçivəsində Klivlend Dövlət Universitetinin rektoru, professor Debbi Cekson, Klivlend Təbiət Tarixi Muzeyi sərgilərinin müdiri Co Alpern, Böyük Göllər Elmlər Mərkəzinin vitse-prezidenti Valensiya Davillier, Botanika Bağının professoru Sandra Albro və Qərb Ehtiyatlar Universitinin nümayəndəsi Cim Baderlə görüşlər keçirilib. 

    AMEA nümayəndələri Klivlend İncəsənət Muzeyinə baş çəkib, Pat və Con Şids ailəsinin qonağı olublar.

    Onlar bundan başqa, Florida ştatına səfər edərək Florida Dövlət Universiteti, Mayami Universiteti, Koral-Geybls Muzeyi, eləcə də Kəşflər və Elm Muzeyinə gediblər.

    Nuridə Quliyeva keçirilən görüşlər zamanı AMEA Alimlər Evinin fəaliyyət istiqamətinə uyğun reallaşdırdığı layihələr, təşkil etdiyi sərgilər haqqında ətraflı məlumat verib. Alim bildirib ki, rəhbərlik etdiyi qurum mütamadi olaraq tanınmış ictimai və dövlət xadimləri ilə görüşlər keçirir, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübailəsi aparmaları üçün şərait yaradır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi