AMEA alimləri Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən istifadə imkanı qazanıblar

AMEA alimləri Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən istifadə imkanı qazanıblar AMEA prezidenti Clarivate Analytics təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru ilə görüşüb
Elm və təhsil
14 İyun , 2017 19:27
AMEA alimləri Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən istifadə imkanı qazanıblar

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA-dan "Report"a verilən məlumata görə, görüşdə akademik Akif Əlizadə keçən ilin oktyabr ayında AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. O qeyd edib ki, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və burada çalışan alim və mütəxəssislər Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən (Web of Science) istifadə imkanı əldə ediblər. Akif Əlizadə bu əməkdaşlığın Azərbaycanda elmin inkişafına, ölkə elminin dünyadakı nüfuzunun artmasına töhfə verəcəyini və tədqiqatçılar üçün yeni imkanlar açacağını deyib.

Sonra Viji Krişnan bildirib ki, görüşün əsas məqsədi AMEA ilə Clarivate Analytics təşkilatı arasında birgə əməkdaşlığın gedişatını və Web of Science elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir.

Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin çıxışında AMEA-nın alim və mütəxəssisləri üçün təşkil olunan seminar və təlimlərdən söz açaraq, bu günədək 20-dən çox təlimin baş tutduğunu, yaxın gələcəkdə isə “Web of Science” üzrə setrifikatlaşdırma proqramının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov AMEA-da elmmetriya ilə məşğul olan qrupun yaradılacağı təqdirdə Clarivate Analytics şirkətinin bu təşəbbüs üçün zəruri olan metodoloji dəstəyi verməyə hazır olduğunu deyib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxışında magistratura və doktorantura pillələrində minimal elmmetrik biliklərin tədris olunması təklifini irəli sürüb. 

Təşkilatın nümayəndələri təklifi dəstəkləyərək bu təşəbbüsün nüfuzlu elmi jurnallarda Azərbaycandan olan əsərlərin sayının artmasına səbəb olacağını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi