Yuxarı

Almaniyanın Azərbaycandakı səfiri BANM-də təqdimatla çıxış edib

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov Haydrun Tempelə Ali Məktəbin Fəxri qonaq diplomunu təqdim edib

Bakı. 17 mart. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Bakı Ali Neft Məktəbində (BANM) "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda təqdimatla çıxış edib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 

Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Elmar Qasımov təhsil ocağının Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib: "Bu əməkdaşlıq sayəsində Azərbaycanda ilk dəfə "Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi" BANM-də yaradılıb". 

O, Ali Məktəbin yeni kampusunda həmin mərkəz üçün yüksək səviyyədə təchiz olunmuş laboratoriyanın olduğunu nəzərə çatdırıb. 

Səfir Haydrun Tempel BANM-də olmaqdan məmnunluq bildirərək Ali Məktəbin Almaniya universitetləri ilə əməkdaşlığını yüksək dəyərləndirib. 

Çıxışdan sonra səfir "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda məruzəsini təqdim edib. O, öz təqdimatında tələbələrə Almaniyanın bərpaolunan enerji sahəsində əldə etdiyi təcrübədən və bu istiqamətdə aparılan işlərdən söz açıb. 

Səfir təqdimatında bərpaolunan enerji sahəsində elmi vəinnovativ metodların tətbiqini vurğulayaraq, Almaniyanın bu sahədə qazandığı təcrübədən də bəhs edib. O, BANM-də yaradılan mərkəzin gələcəkdə həmin elmi metodların ölkəmizdə tətbiq olunmasınaöz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov Haydrun Tempelə Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi