Yuxarı

​Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə kurs təşkil olunub

Kursu professor Klaus Volf təşkil edib

Bakı. 18 fevral.REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Almaniyanın Augsburg Universitetində “Azərbaycan multikulturalizmi” üzrə intensiv kurs təşkil olunub.

Bu barədə “Report”a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Kursu Augsburg Universitetinin Alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib. 5 gün ərzində - hər gün saat 08:00-dan 19:00-dək davam edən kursa universitetin filologiya və tarix fakültəsinin 10 tələbəsi qatılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi