Yuxarı
    Bağlamaq

    Almaniya parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

    Məqsəd Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı üçün Azərbaycandan olan namizədləri seçməkdir

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniya parlamentinin nümayəndə heyəti oktyabrın 2-4-də Bakıda səfərdə olacaq.

    Almaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir.

    Almaniya nümayəndə heyətinə Bundestaqın deputatı Kai Gerinq rəhbərlik edəcək.

    Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2017-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi