AMEA-nın elmi jurnalının yeni tərkibi təsdiqlənib

AMEA-nın elmi jurnalının yeni tərkibi təsdiqlənib Jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək
Elm və təhsil
28 Yanvar , 2015 20:59
AMEA-nın elmi jurnalının yeni tərkibi təsdiqlənib

Bakı. 28 yanvar.REPORT.AZ/ “AMEA-nın xəbərləri. Elm və innovasiya seriyası” adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib.

"Report" xəbər verir ki, jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadədir.

Azərbaycanın, Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın 21 tanınmış aliminin redaksiya heyətində üzvü olduğu bu elmi jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında təsdiq edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib.

Qeyd edək ki, elmi jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək.

Son xəbərlər

Orphus sistemi