Alimlər insan ömrünün orta həddini açıqlayıblar

Alimlər insan ömrünün orta həddini açıqlayıblar Araşdırmalar nəticəsində məlum olub ki, qadınlar 115,7 il, kişilər isə 114,1 il yaşaya bilərlər
Elm və təhsil
2 Sentyabr , 2017 10:38
Alimlər insan ömrünün orta həddini açıqlayıblar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Hollandiyalı alimlər insan həyatının orta həddini açıqlayıblar.

"Report" xəbər verir ki, bu barədə məlumat Tilburq Universitetinin saytında dərc olunub.

Alimlər son 30 ildə vəfat etmiş 94 yaşdan yuxarı 75 min Hollandiya vətəndaşının ölümünün statistik təhlilini aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, qadınlar 115,7 il, kişilər isə 114,1 il yaşaya bilərlər. 

Qeyd olunub ki, son illərdə Hollandiyada uzunömürlü insanların sayı üç dəfəyə qədər artıb, amma orta yaş həddində dəyişiklik olmayıb. Tədqiqatçılar vurğulayıb ki, alınmış rəqəmlər təqribidir, ayrı-ayrı hallarda uzunömürlülərin yaşı 120-yə çata bilər.

Son xəbərlər

Orphus sistemi