Yuxarı
    Bağlamaq

    Bir qrup alim "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub - SİYAHI

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

    Bakı. 5 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə bir neçə şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi barədə sərəncam imzalayıb. 

    "Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azadəliyev Cəbrayıl Əbdüləli oğlu, Feyzullayev Əkpər Əkbər oğlu, İmanov Muxtar Kazım oğlu, Məmmədova Məsumə Hüseyn qızı, Mikayılov Xıdır Mustafa oğlu, Novruzov Novruz Əhməd oğlu və Salamzadə Ərtegin Əbdül Vahab oğlu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi