Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda ali və orta təhsil müəssisələrinin nizamnamələrini həmin qurumların təsisçiləri təsdiqləyəcək

    Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

    "Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Dəyişikliyə əsasən, orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq ediləcək.

    Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş orta ixtisas təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi tərəfindən təsdiqlənir.

    Təhsil Nazirliyi bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verəcək.

    Dövlət orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Pedaqoji Şura haqqında Əsasnamə" bu Nümunəvi Nizamnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.

    Nazirlər Kabineti eyni dəyişikliyi "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında" qərarında da edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi