Ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı təqribən 50 faiz azalıb

Ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı təqribən 50 faiz azalıb "Qəbul olanların sayı 36 faiz artıb"
Elm və təhsil
9 Oktyabr , 2017 23:10
Ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı təqribən 50 faiz azalıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

"Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib", - deyə nazir bildirib.

O qeyd edib ki, universitetlərin akademik və elmi fəaliyyətdə çevikliyinin, eyni zamanda, müasir korporativ idarəetmə modellərinin tətbiqini təmin etmək üçün müvafiq sərəncamlarınızla Bakı Mühəndislik, Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad universitetlərinə publik hüquqi şəxs statusu verilib.

Son xəbərlər

Orphus sistemi