İndiyədək ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı açıqlanıb

İndiyədək ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı açıqlanıb Proses aprelin 30-dək davam edəcək
Elm və təhsil
22 Aprel , 2015 12:25
İndiyədək ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bu günə qədər ali təhsil müəssisələrinə 58 006 abituriyent sənəd verib. TQDK-dan "Report"a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 52 239, Rus bölməsi 5 767 abituriyent sənədvermədə iştirak edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir. Proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

Son xəbərlər

Orphus sistemi