Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib - SİYAHI "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib
Elm və təhsil
15 Fevral , 2018 03:56
Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib - SİYAHI

Bakı. 15 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

“Report” xəbər verir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində “İxtisas qrupları və ixtisaslar” üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib.

Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:

79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

83. Şəhərsalma

84. Şərabçılıq.

II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:

21. Davamlı inkişafın idarə edilməsi

22. İdman menecmenti və kommunikasiya

IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilib:

16. Bitki mühafizəsi

17. Bağçılıq və tərəvəzçilik

18. Bədən tərbiyəsi və idmanda reabilitasiya

V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilib:

22. Məşqçi (idman növü üzrə)

23. Rəqs müəllimliyi.

Son xəbərlər

Orphus sistemi