Yuxarı
    Bağlamaq

    Ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub - SİYAHI

    © Report

    Bakı. 2 aprel. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub.

    "Report" müsabiqə şərtlərini təqdim edir:

    I ixtisas qrupu üzrə:

    - Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

    - “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mü­hən­disliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geolo­giya”, “Elektronika, telekommunikasiya və radio­texnika mühən­dis­liyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

    - “Memarlıq” ixtisasının müsabiqəsində test imta­hanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;

    - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

    Torpaqşünaslıq və aqrokimya

    Azərbaycan Dövlət Aqrar Universiteti

    Lənkəran Dövlət Universiteti

    Meşəçilik

    Lənkəran Dövlət Universiteti

    Qərbi Kaspi Universiteti

    Aqronomluq

    Lənkəran Dövlət Universiteti

    Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

    Naxçıvan Dövlət Universiteti

    Texnologiya müəllimliyi

    Naxçıvan Dövlət Universiteti

    Gəncə Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

    Azərbaycan Texnologiya Universiteti

    Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

    Qərbi Kaspi Universiteti

    Çoxişlənən malların texnologiyası mühəndisliyi

    Azərbaycan Texnologiya Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Mingəçevir Dövlət Universiteti

    İstehlak mallarının ekspertizası və marketinqi

    Azərbaycan Texnologiya Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Qərbi Kaspi Universiteti

    Azərbaycan Dövlət Aqrar Universiteti

    Poliqrafiya mühəndisliyi

    Qərbi Kaspi Universiteti

    - Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq tə­sər­rü­fatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Me­liora­siya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

    II ixtisas qrupu üzrə:

    - Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin (“ADA” uni­ver­siteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fən­ni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

    - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

    Marketinq

    Gəncə Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

    Azərbaycan Texnologiya Universiteti

    Mingəçevir Dövlət Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Azərbaycan Universiteti

    Xəzər Universiteti

    "Odlar Yurdu" Universiteti

    Bakı Biznes Universiteti

    Azərbaycan Dövlət Aqrar Universiteti

    Qərbi Kaspi Universiteti

    Bakı Avrasiya Universiteti

    Biznesin idarə edilməsi

    Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

    Gəncə Dövlət Universiteti

    Azərbaycan Texnologiya Universiteti

    Mingəçevir Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Azərbaycan Dövlət Aqrar Universiteti

    Azərbaycan Universiteti

    "Odlar Yurdu" Universiteti

    Qərbi Kaspi Universiteti

    Bakı Biznes Universiteti

    Xəzər Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Bakı Avrasiya Universiteti

    Kommersiya

    Azərbaycan Texnologiya Universiteti

    Azərbaycan Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Regionşünaslıq (regionlar üzrə)

    Qərbi Kaspi Universiteti

    Xəzər Universiteti

    Bakı Avrasiya Universiteti

    Turizm və otelçilik

    Naxçıvan Dövlət Universiteti

    Gəncə Dövlət Universiteti

    Mingəçevir Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Bakı Dövlət Universitetinin Qazax filialı

    Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

    Azərbaycan Texnologiya Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Qərbi Kaspi Universiteti

    Xəzər Universiteti

    "Odlar Yurdu" Universiteti

    Naxçıvan Universiteti

    III ixtisas qrupu üzrə:

    - Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

    - Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə mü­sa­bi­qəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə isə mü­sa­bi­qəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);

    - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh¬sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

    Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

    Naxçıvan Dövlət Universiteti

    Lənkəran Dövlət Universiteti

    Sosial iş

    Naxçıvan Dövlət Universiteti

    Gəncə Dövlət Universiteti

    Bakı Dövlət Universitetinin Qazax filialı

    Azərbaycan Universiteti

    Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

    Azərbaycan Kooperasiya Universiteti

    IV ixtisas qrupu üzrə:

    - Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

    - Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya “5” olan abituriyentlər buraxılır;

    - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin mü­sa­bi­qəsinə ümumi balı 150-dən az olmayan abituri­yentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

    Baytarlıq

    Lənkəran Dövlət Universiteti

    Ekologiya

    Lənkəran Dövlət Universiteti

    Azərbaycan Kooperasiya Universiteti

    Qərbi Kaspi Universiteti

    - Azərbaycan Dövlət Aqrar Universitetinin "Bay­tar­lıq", "Su bioehtiyatları və akvabitkilər", "Eko­lo­giya", "Əczaçılıq" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yer­lə­rinin müsabiqəsində ümumi balı 150-dən az ol­mayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

    I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdu­diy­yəti tətbiq olunmur (dövlət ali təhsil müəs­sisə­lə­rində tədrisi ingilis dilində olan, "Beynəlxalq mü­nasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" və "Tər­cümə (dillər üzrə)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.

    Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi