Yuxarı
    Bağlamaq

    Azərbaycanın 5 ali məktəbində plan yerlərinin yarısı boş qalıb - STATİSTİKA

    I mərhələdən sonra ali məktəblərdəki plan yerlərinin 85.37 faizi tutulub
    © Report

    Bakı. 14 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-də elan edib.

    DİM-dən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib.

    Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

    Məlumata görə, I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%).

    Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub.

    Tələbə adı qazanan şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    DİM-dən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

    Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

    Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

    Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:

    ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

    Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)QəbulolmafaiziVakant
    yerlərin
    sayı (%)
    Azərbaycan bölməsiRus
    bölməsi
    Bölmələr
    üzrə cəmi
    I1377710239 (5012)1138 (514)11377 (5526)82.572401 (17.43)
    II128609415 (1892)1184 (171)10599 (2063)82.422261 (17.58)
    III97458205 (2125)696 (107)8901 (2232)91.34844 (8.66)
    IV32202615 (1229)228 (67)2843 (1296)88.29377 (11.71)
    V30672316 (568)392 (90)2708 (658)88.29359 (11.71)
    CƏMİ4266932790 (10826)3638 (949)36428 (11775)85.376242 (14.63)

    DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

    Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)QəbulolmafaiziVakant
    yerlərin
    sayı (%)
    Azərbaycan bölməsiRus
    bölməsi
    Bölmələr
    üzrə cəmi
    I128029834 (4939)1106 (505)10940 (5444)85.451863 (14.55)
    II96957838 (1832)1096 (168)8934 (2000)92.15761 (7.85)
    III80156824 (2094)669 (106)7493 (2200)93.49522 (6.51)
    IV29502509 (1219)226 (67)2735 (1286)92.71215 (7.29)
    V29622279 (568)381 (90)2660 (658)89.80302 (10.20)
    CƏMİ3642429284 (10652)3478 (936)32762 (11588)89.943663 (10.06)

    ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

    Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)QəbulolmafaiziVakant
    yerlərin
    sayı (%)
    Azərbaycan bölməsiRus
    bölməsi
    Bölmələr
    üzrə cəmi
    I975405 (73)32 (9)437 (82)44.82538 (55.18)
    II31651577 (60)88 (3)1665 (63)52.611500 (47.39)
    III17301381 (31)27 (1)1408 (32)81.39322 (18.61)
    IV270106 (10)2 (0)108 (10)40.00162 (60.00)
    V10537 (0)11 (0)48 (0)45.7157 (54.29)
    CƏMİ62453506 (174)160 (13)3666 (187)58.702579 (41.30)
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi