Yuxarı

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı qərarda dəyişiklik edilib

Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

Bakı. 20 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

"Report"un məlumatına görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişiklik həmin qərarı “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”, “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"nı və “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nı əhatə edir.

Belə ki, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarda aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci hissədə “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz edilib.

2. 2-ci hissədə “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilib.

3. 3-cü hissədə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilib.

4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilib.

6. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

6.1. adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilib;

6.2. 1.3-cü bənd üzrə:

6.2.1. “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə edilib;

6.2.2. “(rezidentura)” sözü “və rezidentura” sözləri ilə əvəz edilib;

6.2.3. ikinci cümlə çıxarılıb.

6.3. 5.4-cü bəndə “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə edilib və həmin bənddə “(rezidentura) səviyyəsindən” sözləri “və rezidenturasəviyyələrindən”sözləri ilə əvəz olunub.

Bu qaydalar “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına əsasən hazırlanıb və Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə hər tədris ili üzrə razılaşdırılmış təklifləri hər il martın 1-dək Nazirlər Kabinetinə təqdim edilir.

Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi həm bakalavriat və tibb təhsili üzrə əsas təhsil həm də magistratura (rezidentura) səviyyələrini əhatə edir. Ali təhsil müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə, rezidentura isə magistratura səviyyəsinə bərabər tutulur. Dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat və tibb təhsili üzrə əsas təhsil və ya magistratura və rezidentura səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi