Yuxarı

Azərbaycanın ali təhsil müəssisələrində yaz semestr dərsləri başlayıb

Yay imtahan sessiyası isə mayın 11-dən 24-nə qədər davam edəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin yaz semestr dərsləri başlayıb. "Report" xəbər verir ki, semestr dərsləri mayın 9-na kimi davam edəcək.

Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılmışdılar.

Qeyd edək ki, Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası cari ilin mayın 31-nə kimi başa çatdırılmalıdır. Oyunlarla əlaqəli ali məktəblərdə dərs sessiyalarının müddətində də müəyyən dəyişikliklər edilmişdi. Dəyişikliklərə əsasən, 2014-2015-ci tədris ilinin payız dərs sessiyası dekabrın 28-də başa çatıb. Qış imtahan sessiyası dekabrın 29-dan başlayıb və yanvarın 18-nə kimi sona çatdırıldı. Yay imtahan sessiyası isə mayın 11-dən 24-nə qədər davam edəcək. Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi