Yuxarı

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qeydiyyat başlayıb

Abituriyentlər avqustun 22-dən 31-dək qeydiyyatdan keçməlidirlər

Bakı. 22 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. 

Komissiyadan bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi