Yuxarı

Ali məktəblərə qəbulda müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal artırılıb

TQDK sədri: Həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq

Bakı. 10 may. REPORT.AZ/ “Bu il ali məktəblərə qəbul imtahanında I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq müsabiqəyə buraxılmaq üçün tələb edilən minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. “İndiyə qədər bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu”, - TQDK sədri əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi