Ali məktəblərə qəbul olanların qeydiyyat müddəti uzadılıb

Ali məktəblərə qəbul olanların qeydiyyat müddəti uzadılıb Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00-dək qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
25 Avqust , 2017 16:23
Ali məktəblərə qəbul olanların qeydiyyat müddəti uzadılıb
Report

Bakı. 25 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar avqustun 28-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi