Ali məktəblərə ərizə qəbulu bu gün başa çatır

Ali məktəblərə ərizə qəbulu bu gün başa çatır Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar
Elm və təhsil
30 Aprel , 2015 10:51
Ali məktəblərə ərizə qəbulu bu gün başa çatır

Bakı. 30 aprel. REPORT.AZ/ Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu bu gün başa çatır. TQDK-dan "Report"a verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər ərizələrini bu gün saat 17:00-dək təsdiq etdirə bilərlər.

Elektron ərizələrini özləri təsdiq edən abituriyentlər isə ərizələrini bu gün saat 23:59-dək təsdiqlətdirməlidirlər.

Xatırladaq ki, ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

Bu gün, həmçinin "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentlərinin qeydiyyatı da başa çatır. Həmin abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Son xəbərlər

Orphus sistemi