Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin səlahiyyətlərini sədr müavini Vəli Hüseynov icra edir.
Komissiyadan “Report”a verilən məlumatına görə, hələlik sədr vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü V.Hüseynov 2010-cu ildə Komissiyanın sədr müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, komissiyanın əvvəlki sədri Azərbaycanın görkəmli alimi, akademik Arif Şəfaət oğlu Mehdiyev keçən il dekabrın 19-da 82 yaşında vəfat edib.