Yuxarı
    Bağlamaq

    Akif Əlizadə yenidən AMEA prezidenti seçilib - YENİLƏNİB

    Dinlə
    © Report/ Elchin Murad — Akademik Akif Əlizadə

    Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti, akademik Akif Əlizadə yenidən akademiya prezidenti seçilib.

    "Report" xəbər verir ki, bununla bağlı qərar iyunun 8-də AMEA-nın  ümumi yığıncağında qəbul edilib.

    A.Əlizadə bu vəzifəyə yeganə namizəd olub. Səsvermədə 66 nəfər iştirak edib. Onların hamısı A.Əlizadənin lehinə səs verib.


    *** 14:27

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiyanın prezidenti seçkisi başlayıb. 

    "Report" xəbər verir ki, bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

    Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.

    Qeyd edək ki, AMEA prezidenti akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi