Akif Əlizadə: "Xaricdəki azərbaycanlı alimlərin imkanlarından istifadə etməliyik"

Akif Əlizadə: "Xaricdəki azərbaycanlı alimlərin imkanlarından istifadə etməliyik" AMEA prezidenti Azərbaycan alimlərinin xaricdə nəşr olunan elmi məqalələrindən narazıdır
Elm və təhsil
11 Oktyabr , 2017 17:03
Akif Əlizadə: Xaricdəki azərbaycanlı alimlərin imkanlarından istifadə etməliyik
Report

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə xarici nəşrlərdə dərc olunan elmi məqalələrdə Azərbaycanın və AMEA-nın adının çəkilməməsindən narazıdır. 

"Report"un məlumatına görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında A.Əlizadə deyib ki, bir çox elmi məqalələrdə ad çəkilmir və bu qəbuledilməzdir.

AMEA prezidenti qeyd edib ki, xaricdəki Azərbaycan alimlərinin imkanlarından geniş istifadə edilməsi vacibdir.

A.Əlizadə hələ də bu imkandan istifadə edə bilmədiklərini söyləyib: "Çox istərdik ki, onların imkanlarından istifadə edək. Amma buna nail ola bilməmişik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz diasporlarımızdakı alimlərimizi bura dəvət edib məruzələrini dinləməliyik ".

Son xəbərlər

Orphus sistemi