Yuxarı

Akif Əlizadə: "Universitetlər yaratsaq, Akademiya elm və təhsil mərkəzinə çevriləcək"

Bakıda Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar adlı elmi konfrans keçirilib

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşəbbüsü ilə "Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar" adlı elmi konfrans keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm və təhsilin vəhdəti ilk növbədə “ali təhsil” statusuna yiyələnmiş şəxslərin peşəkar işçi kimi yetişməsinə deyil, xüsusilə elmi və araşdırma istiqamətli karyera quruculuğuna xidmət etməlidir.

O bildirib ki, universitetlər təkcə təhsilverən kimi deyil, həm də Elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərməlidir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə qeyd edib ki, Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyi çox istəyirik: "Akademiyada universitetlər yarada bilsək, o zaman onların hamısı elm və təhsil mərkəzlərinə çevriləcək. Bu mərkəzlər isə illər keçdikcə Akademiya sözünü yaddaşlardan siləcək və ölkədə bir neçə il ərzində mükəmməl elm təhsil mərkəzləri yaradıla bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi