Yuxarı

Akif Əlizadə: "Tanınmış xarici alimlərin AMEA-da işə dəvət olunmasına qanuni icazə olmalıdır"

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif Amerika və Avropa təşkilatlarından 140-dan çox qrant alıb

Bakı. 19 dekabr. REPORT.AZ/ "Elm haqqında" qanunda nəzərdə tutulmalıdır ki, tədqiqatların nəticələrindən istifadə edərək gəlir götürən istənilən müəssisə bu gəlirlərin bir hissəsini sonrakı vergidən azad olunmaqla elmin dəstəklənməsinə yönəltməlidir. Beləliklə, bir tərəfdən biz elmin inkişafını stimullaşdırmalı, digər tərəfdən isə elmi işçilərə əmək haqqı verməliyik". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, Avropada və bir çox inkişaf etmiş ölkələrdə məhz belə bir yanaşma mövcuddur və Azərbaycan da bu təcrübədən istifadə edə bilər: "Çoxsaylı layihələrin və qrantların Azərbaycana milyonlarla dollar gətirdiyini nəzərə alsaq, deyə bilərik ki, alimlərimizin nüfuzu yüksək qiymətləndirilir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif Amerika və Avropa təşkilatlarından 140-dan çox qrant alıb".

A.Əlizadə hesab edir ki, bu gün xaricdə işləyən və Azərbaycan elmini təmsil edən görkəmli alim və mütəxəssisləri Elmlər Akademiyasının işinə daha cəsarətlə cəlb etmək lazımdır: "Düşünürəm ki, tanınmış xarici alimlərin müvafiq hüquqi əsasla Elmlər Akademiyasına işə dəvət olunmasına qanuni icazə olmalıdır. Onların Azərbaycanın elmi laboratoriyalarında tədqiqatlarda iştirakı elmi nəticələrə kifayət qədər müsbət təsir göstərə bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi