Yuxarı
    Bağlamaq

    Akif Əlizadə: "Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb"

    Dinlə
    © Report/ Elchin Murad — AMEA prezidenti Akif Əlizadə

    Bakı. 8 iyun. REPORT.AZ/ "Son beş ildə tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə akademiyanın ümumi yığıncağında deyib.

    Onun sözlərinə görə, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılması oldu. Bu da AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdi". 

    A.Əlizadə bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb: "Yeni yağ növlərinin, robotlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların və digər yeni texnologiyaların bazara çıxarılması reallaşıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi