Akif Əlizadə: "Milli Ensiklopediyanın maddi-texniki bazası kifayət qədər gücləndirilib"

Akif Əlizadə: "Milli Ensiklopediyanın maddi-texniki bazası kifayət qədər gücləndirilib" "Milli Ensiklopediya dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayıb"
Elm və təhsil
8 İyun , 2016 11:50
Akif Əlizadə: Milli Ensiklopediyanın maddi-texniki bazası kifayət qədər gücləndirilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası kifayət qədər gücləndirilib, müasir standartlar səviyyəsinə çatdırılıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunan tədbirdə deyib. 

O bildirib ki, Milli Ensiklopediyanın xalq üçün müstəsna əhəmiyyəti var: "Milli Ensiklopediya dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayıb".
A.Əlizadə qeyd edib ki, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, ölkənin bütün elmi potensialının bu iş üçün səfərbər edilməsi sahəsində əməli addımlar atılıb. 

Son xəbərlər

Orphus sistemi