​Akif Əlizadə: "Mərkəzi Elmi Kitabxanadan "Alimlər Evi" kimi istifadə ediləcək"

​Akif Əlizadə: "Mərkəzi Elmi Kitabxanadan "Alimlər Evi" kimi istifadə ediləcək" AMEA prezidenti: "Azərbaycan elmi üçün sağlam, şüurlu və intelluktual gənclərin yetişməsi olduqca vacibdir"
Elm və təhsil
11 Fevral , 2016 15:47
​Akif Əlizadə: Mərkəzi Elmi Kitabxanadan Alimlər Evi kimi istifadə ediləcək

Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycan elmi üçün sağlam, şüurlu və intellektual gənclərin yetişməsi olduqca vacibdir. Çünki indiki gənclər bütün dünyada özünü, ölkənin elmini, eləcə də inkişaf səviyyəsini göstərməyə qadirdir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə "Sabahın alimləri" müsabiqəsinin açılışında deyib.

AMEA prezidenti bildirib ki, bundan sonra Mərkəzi Elmi Kitabxanadan "Alimlər Evi" kimi də istifadə etmək mümkün olacaq. Onun sözlərinə görə, "Alimlər Evi"ndə əsasən multikulturalizm ideyaları təbliğ ediləcək, tanınmış ictimai-siyasi xadimlərlə görüş keçiriləcək, gənc alimlərə himayəçilik ediləcək: "Eyni zamanda, burada təbiət, humanitar və digər mövzularda məruzələr təşkil olunacaq".

O qeyd edib ki, Təhsil Nazirliyi elmin inkişafı üçün öz töhfəsini verir: "Misal olaraq, hər iki qurumun razılaşmasına görə alimlərimiz ümumtəhsil müəssisələrində şagirdlərə dərs keçir. İnanıram ki, bu sahədə əməkdaşlığımız gələcəkdə də davam edəcək". 

Son xəbərlər

Orphus sistemi