Bakı. 28 dekabr. REPORT.AZ/ "Gənclər dil məsələsinə çox da diqqət etmirlər".
"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının növbəti iclasında çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, gənclər öz üzərində işləməlidirlər: "Dövlət tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına dillə bağlı məsələləri koordinasiya etmək tapşırılıb. Bunun yolu isə tədrisdir, maarifləndirmədir".