Akif Əlizadə: "Direktorlar elmə həvəsi olan gəncləri stimullaşdırmalıdırlar"

Akif Əlizadə: "Direktorlar elmə həvəsi olan gəncləri stimullaşdırmalıdırlar" Bakı. 14 fevral. REPORT.AZ/ Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdırlar.
Elm və təhsil
14 Fevral , 2018 16:36
Akif Əlizadə: Direktorlar elmə həvəsi olan gəncləri stimullaşdırmalıdırlar
Akif Əlizadə / Report/ Firi Salim

Bakı. 14 fevral. REPORT.AZ/ "Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdırlar".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O, bir ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb: "Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsus ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə, layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq. Bölmələr özü seçim etməlidirlər. Akademiya maksimum 10-12 proqramı maliyyələşdirə biləcək. Həmin proqramların arxasında da böyük elmi əsaslandırma olmalıdır. Burada elə yeni istiqamət olmalıdır ki, onlar gələcək elmə töhfə versinlər".

Son xəbərlər

Orphus sistemi