Yuxarı

Akif Əlizadə: "AMEA və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır"

Akif Əlizadə: "AMEA və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır"
Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalıdır

Bakı. 21 dekabr. REPORT.AZ/ "Gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır. Elm və təhsilin inteqrasiyası ümumi ictimai məna daşıyır". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Akademiyada və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır: "Həmin gənclərin sosial vəziyyətlərindən tutmuş elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilmədir. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır".

O bildirib ki, son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir: "Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır”.

A.Əlizadə qeyd edib ki, AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac var: “Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrin isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi